Azərbaycanda neft hasilatı artıb


Digərləri 07 Avq 2019 07:48:00 240 0

Azərbaycanda neft hasilatı artıb

2018-ci ildə Azərbaycanda xam və qeyri-ənənəvi neft və təbii qazın hasilatı 2017-ci ildəki gündəlik 783 min barelə nisbətən 793 min barel təşkil edib.

Bu barədə Trend İtaliyanın "Eni" şirkətinin "World Oil Review-2019" hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 2018-ci ildə Azərbaycanda neft istehlakı 2017-ci ildəki 96 min barellə müqayisədə gündəlik 97 min barel təşkil edib. Ölkədə adambaşına neft istehlakı 2017-ci ilə nisbətən dəyişmədən 2018-ci ildə 3,57 barel olub.

Şirkətin məlumatına görə, 2018-ci ildə Azərbaycana xam və qeyri-ənənəvi neft idxalının həcmi gündə 1000 barel təşkil edib.

Hesabata görə, 2018-ci ildə Azərbaycanda neft ehtiyatları 7 milyard barel təşkil edib ki, bu da 2017-ci illə müqayisədə dəyişməyib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iyun ayında ölkədə neft hasilatı sutkada 768 min barel təşkil edib.

May ayında gündəlik neft hasilatı da 768 min barel olub. Bunlardan 695 min barrel xam neftin, 73 min bareli isə kondensatın payına düşüb.