Ərdoğan Özbəkistan XİN rəhbərini qəbul edib


Digərləri 07 Avq 2019 03:14:00 215 0

Ərdoğan Özbəkistan XİN rəhbərini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovu qəbul edib

Bakı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovu qəbul edib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş Ankarada yerləşən prezident sarayında bağlı qapılar arxasında keçirilib. Bildirilir ki, danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.