Leonardo di Kaprio gənc aktyorlara məsləhət verib


Digərləri 07 Avq 2019 02:30:00 258 0

Leonardo di Kaprio gənc aktyorlara məsləhət verib

Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kino sahəsinə yenicə ayaq basmış aktyorlara dahi sənətkarlarla bir səviyyədə qalmaq üçün mümkün qədər çox filmlərə baxmağı məsləhət görüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aktyor "Daily Mirror" qəzetinə müsahibəsində deyib.

"Mən deyərdim ki, filmlərə baxın, onları təhlil edin. Özünüzü ən yaxşıları ilə müqayisə edin və yolunuzu seçin", -deyə aktyor vurğulayıb.

Hollivud ulduzu həmçinin qeyd edib ki, o, hər dəfə kinoya baxır və bu sahənin nə qədər irəli getdiyinə heyran qalır.