Günün qoroskopu: müsbət təmayüllərin təsiri güclüdür


Digərləri 07 Avq 2019 00:01:00 68 0

Günün qoroskopu: müsbət təmayüllərin təsiri güclüdür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz.

Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək.

Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq.

Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar.

Buğa - təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın.

Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın.

Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin.

Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız.

Əkizlər - günün emosional fonu əlverişli deyil. Əhvalınız pisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz.

Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir.

Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz.

Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın.

Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin.

Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın.

Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz.

Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var.

Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın.

Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil.

Şir - günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır.

Günün ikinci yarısında ciddi, böyük miqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır.

Axşam saatlarını istirahətə həsr edin.

Qız - günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil.

Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin.

İşlərinizdə qayda yaradın.

Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər.

Tərəzi - mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz.

Qurd və yumurtalarına görə analizlər – like
  • 06 Avq 23:58  
Digərləri Qurd və yumurtalarına görə analizlər –

Helmint, qurd invaziyasına görə müayinə metodikası yalnız analizdir. Orqa

arrow Ətraflı
Imam Cavadın dualarından nümunələr like
  • 06 Avq 23:55  
Digərləri Imam Cavadın dualarından nümunələr

Şiə məktəbi çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikd

arrow Ətraflı
Altı hacətə çatmaq üçün altı əməl like
  • 06 Avq 23:50  
Digərləri Altı hacətə çatmaq üçün altı əməl

İmam Əmirəlmöminin Əlidən (ə) nəql olunur ki, bir gün bir kişi Peyğə

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 06 Avq 23:46  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
SpaceX şirkəti NASA üçün sınaq kapsulasını göstərəcək like
  • 06 Avq 23:45  
Digərləri SpaceX şirkəti NASA üçün sınaq kapsulasını göstərəcək

SpaceX şirkətinin NASA ilə əldə etdiyi razılaşmada NASA üçün lazımlı

arrow Ətraflı
Özünü sürdüyü "Hummer"lə birgə yandıran şəxslə bağlı like
  • 06 Avq 23:43  
Digərləri Özünü sürdüyü "Hummer"lə birgə yandıran şəxslə bağlı

Şəmkir rayonunda qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyin

arrow Ətraflı
Moskvada atışma like
  • 06 Avq 23:41  
Dünya Moskvada atışma

Moskvanın cənubunda atışma olub.

arrow Ətraflı
İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır like
  • 06 Avq 23:40  
Digərləri İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır

Bismilləhir-Rahmənir-Rahim! Allaha həmd olsun ki, bizlərə özümüz, vəzi

arrow Ətraflı
Sayt rəhbərləri məhkəmə zalında həbs olundu like
  • 06 Avq 23:38  
Digərləri Sayt rəhbərləri məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etm

arrow Ətraflı
Xalq artisti Tovuzda qəzaya düşdü  FOTO like
  • 06 Avq 23:36  
Digərləri Xalq artisti Tovuzda qəzaya düşdü FOTO

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qarpızxiyar salatı – Bədəni təmizləyir like
  • 06 Avq 23:30  
Digərləri Qarpızxiyar salatı – Bədəni təmizləyir

Yəqin ki, indi əlinizdə olan qarpız və xiyarın birgə faydalı salat ola b

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 06 Avq 23:30  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
ABŞ 30 milyondan çox insanı cəzalandırıb like
  • 06 Avq 23:28  
Dünya ABŞ 30 milyondan çox insanı cəzalandırıb

Venesuela xalqı Tramp administrasiyasının yeni və ciddi bir iqtisadi hücumu

arrow Ətraflı
Marixuana insanı müalicə edirmi? – like
  • 06 Avq 23:25  
Digərləri Marixuana insanı müalicə edirmi? –

Xeyli müddətdir ki, marixuananın tibbdə faydalı olması, bir çox xəstəli

arrow Ətraflı
Kabildə güclü partlayış olub, like
  • 06 Avq 23:21  
Dünya Kabildə güclü partlayış olub,

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

arrow Ətraflı