Altı hacətə çatmaq üçün altı əməl


Digərləri 06 Avq 2019 23:50:00 258 0

Altı hacətə çatmaq üçün altı əməl

İmam Əmirəlmöminin Əlidən (ə) nəql olunur ki, bir gün bir kişi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: "Ya Rəsuləllah, mənə bir əməl öyrədin ki, onu yerinə yetirdikdə, həm Allah-Taala, həm də insanlar məni sevsin, Allah-Taala malımı artırsın, canıma sağlıq bəxş etsin, ömrümü uzatsın və məni (qiyamət günü) sizinlə məhşur etsin!"

Son.az maide.az-a istinadən bildirir ki, Peyğəmbəri-Əkrəm (s) buyurdu: "Sən altı hacət istədin ki, onları əldə etmək üçün altı əməlin yerinə yetirilməsinə ehtiyac vardır:

- Əgər istəyirsənsə, Allah-Taala səni sevsin, Ondan qorx və təqvalı ol;

- Əgər istəyirsənsə, insanlar səni sevsin, onlara yaxşılıq et və onların malına göz dikmə;

- Əgər istəyirsənsə, Allah-Taala sənin malını artırsın, malının zəkatını ödə;

- Əgər istəyirsənsə, Allah-Taala sənin canına sağlıq versin, çoxlu sədəqə ver;