Qurd və yumurtalarına görə analizlər –


Digərləri 06 Avq 2019 23:58:00 240 0

Qurd və yumurtalarına görə analizlər –

Helmint, qurd invaziyasına görə müayinə metodikası yalnız analizdir. Orqanizmdə qurd, parazit və onların yumurta və sürvələrinin olmasını dəqiq təyin etmək üçün hansı metodlar təklif olunur, xəstədən hansı müayinə materialı götürülür.

Son.az medicina.az-a istinadən qurd analizlərinin növünü və metodikasını təqdim edir

1.Nəcis analizi

Helmint analizlərinin ən qədimi və dəqiqidir. İnsandan nəcis nümunəsi götürülüb, onu su ilə qarışdırır, süzür və ya laborator şüşəsi üzərində hər qurda uyğun maddə və agentlər əlavə edərək analiz aparırlar.

Bu maddələr nəcisdə olan yağ, zülal və digər qidadan alınan hissəni həll edir, bununla da yumurta və qurdlar çökür. Nəcis analizi laboratoriyaya ən geci 1 saat ərzində çatdırılmalıdır. Laboratoriya nə qədər tez müayinəyə başlasa, bir o qədər yaxşıdır.

Analiz üçün material ümumi kütlənin müxtəlif yerlərindən götürülməlidir. Bir çox insanların istəmədiyi müayinə növü olsa da, ən informativ analiz odur.

2.Qusma kütləsindən analiz

Çoxlu qurd növləri vardır ki, nazik bağırsaq, 12 barmaq bağırsaq, mədəaltı vəzi yollarında olur. Bunlara opistorxislər, klonorxislər, fasçiollar və s aiddir. Onların yumurta və sürvələri öd şirəsi, mədə şirəsi və ya mədəaltı vəzi şirəsindən alınmaqla analiz edilir. Və yaxud qusuntu kütləsindən.

Tibbdə bu orqanlardan analiz üçün şirə zondla götürülür. Laboratoriyada mikroskop altında baxılır

3.Sidik analizi

Sidik də helmintə yoluxmanı göstərir. Bu adətən sidik kisəsi və yollarında olan qurdları təyin edir. Böyrəklərdə, sidik kisəsində olan parazitlər sidiyə keçir. Amma elə sidik orqanları qurdu var ki, onu sidikdə tapmaq olmur. Trematodun yumurtası nadir halda sidikdə olur. Bu qurda yoluxanların sidiyində qan görünür.  Buna görə bu xəstələrdə sidik kisəsindən biopsiya materialı götürülməlidir.

4.Bəlğəm və ya selik analizi

Bu da helmint aşkarlanması üçün bioloji materialdır. Xüsusən öskürərkən çıxan bəlğəmdə şistos, paraqonimus, nematod sürvələri ola bilər.