Sayt rəhbərləri məhkəmə zalında həbs olundu


Digərləri 06 Avq 2019 23:38:00 269 0

Sayt rəhbərləri məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Baku news" saytının rəhbəri Mirkənan Seyidov və "infoplyus.tv" saytnın rəhbəri Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az e-huquq.az-a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub.

İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov "Antalya Mehman" ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər. İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.