Kabildə güclü partlayış olub,


Dünya 06 Avq 2019 23:21:00 207 0

Kabildə güclü partlayış olub,

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Son.az qol.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, partlayıcı qurğu velosipedə bərkidilib və şəhərin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman işə salınıb.

Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.