Marixuana insanı müalicə edirmi? –


Digərləri 06 Avq 2019 23:25:00 378 0

Marixuana insanı müalicə edirmi? –

Xeyli müddətdir ki, marixuananın tibbdə faydalı olması, bir çox xəstəliklərin müalicəsində effekti barədə söhbətlər gəzir. Bu kimi miflər narkotik istifadəçiləri və ticarətçilərinin ürəyindəndir. İnsanlıq nəhayət ki, bizim zərərli işlə məşğul olmadığımızı başa düşür.

Artıq bir çox ölkələrdə marixiuana və digər narkotik bitkilərin müalicə məqsədilə istifadəsinin qanuniləşdirilməsi həyata keçirilir. Hətta tibbi marixuana termini də yaranıb.

Həqiqətənmi marixuana hansısa xəstəliyi müalicə edir. Son.az medicina.az-a istinadən bildirir ki, əslində indi məşhur narkotik preparatların çoxu XIX əsrdə ilk olaraq dərman vasitəsi kimi nəzərdə tutulmuş və həkimlər tərəfindən istifadə edilirdi.

Xüsusən konopli və ya kannabis adlı bitkidən alınan marixuananın müalicəvi təsiri barədə hekayələr əsrlərdir var. Yazılı mənbələrdə bu bitkilərdən qədimdə ağrıkəsici, qusma əleyhinə və psixi xəstəliklərdə antidepressant kimi istifadə olunması  barədə qeydlər var. Lakin sonradan tibb inkişaf etdikcə həkimlər qəti olaraq bu bitkilərdən müalicədə istifadəni qəbul etməmiş, onun ağlagəlməz əks fəsadlarının olmasını bildirmişlər.

Təhlükəli və müalicədə effektsiz narkotik vasitələr siyahısına marixuana 1938-ci ildən daxil edilib. ABŞ Milli Elmlər Akademiyasının dokladına görə, marixuananın effekti tibdə yalnız 2 halda təsdiqlənib: onkoloji xəstələrdə kimyaterapiyadan sonra xroniki ağrı,ürəkbulanma və qusmada.

Digər dağınıq skleroz, qlaukoma, yuxusuzluq, qıcolma, psixozlarda effektivliyi sübut olunmayıb.

Eləcə də depressiya, qorxu, maniyada marixuanadan dərman kimi istifadədə qısamüddətli effekt olsa da bu şübhəlidir, çünki bu bitkidən bir müddət istifadədən sonra xəstə belə problemlərə düçar olur.