Cinsi yaxınlıqdan daha çox həzz... Genital estetik


Digərləri 06 Avq 2019 23:00:00 325 0

Cinsi yaxınlıqdan daha çox həzz...  Genital estetik

Genital orqanlardaki estetik və funksional pozuntular başqaları ilə asandlıqla bölüşülməyən, eyni zamanda qadının psixologiyasının pozulmasına gətirib çıxaran bir problemdir. Genital estetika genital bölgədə olan anadangəlmə və ya qazanılma deformasiyaların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genital bölgədəki forma pozulmaları qadının cinsi həyatına və gündəlik yaşamına mənfi təsirini göstərərək zamanla onun cinsi soyuqluğunu artırır.   Son.az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Bəzi qadınlarda xarici cinsiyyət üzvləri anadangəlmə zəif inkişaf etmiş və ya asimmetrik ola bilər. Özünü tanımağa başlayan gənc qızda bu anomaliyalar ciddi psixoloji problemlərə səbəb ola bilir.

Genital estetik müdaxilələrə - bu bölgədəki artıq yağların alınması və ya əksinə həcm azlığı olan nahiyələrə yağların vurulması, sallanmaların götürülməsi, iç dodaqların kiçildilməsi, bu nahiyənin rənginin açılması, vaginanın daraldılması kimi əməliyyatlar daxildir.

Bu əməliyyatlar 18 yaşını tamamlamış xarici genital görünüşündən məmnun olmayan hər qadında icra oluna bilər. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında həyata keçirilir. Ortalama 1-2 saat davam edir. Pasient eyni gün evə gedə bilər. İki gün duş qəbul etmək olmaz. Bir neçə gün oturub qalxarkən ehtiyatlı olmaq lazımdır. 6 həftə idman etmək olmaz. 3 həftə cinsi həyat qadağandır.

Genital bölgənin estetik görüntüsünün yaxşılaşması qadının öz güvənini artıraraq, onun cinsi həyatında əhəmiyyətli rol oynayır.

Genital estetik əməliyyatlar sağlamlıq və gözəlliyinə düşkün qadınların ən sıx seçdiyi üsullardan biridir. Vaginal genişləmə, uşaqlıq boynunun sallanması kimi  problemlərdə qadınların köməyinə çatır. Əməliyyat sonrası cinsi həyatın və ailə həyatının nizama girir, xəstə özünü daha rahat hiss edir.

Labioplastika - cinsiyyətin daxili dodağının estetikası

Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunur. Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).

Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir.

Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.

Nə üçün bəzi qadınlarda daxili dodaq normaldan böyük olur?

Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.