Ərdoğan: ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır


Siyasət 06 Avq 2019 22:33:00 217 0

Ərdoğan: ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır

ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

O vurğulayıb ki, ABŞ Türkiyəyə qarşı ədalətsizdir:

"Təəssüf ki, məhz bizim müttəfiqimiz ABŞ Suriyanın şimalında terrorçuları silahlandırıb".

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin təhlükəsizliyi ilk növbədə NATO-nun təhlükəsizliyidir:

"Türkiyənin milli maraqları hətta hərbi yolla da müdafiə olunacaq və Ankara özünə qarşı yönəlmiş bütün təhdidləri zərərsizləşdirəcək".