Qripp və soyuqdəymənin ilk simptomlarında.


Digərləri 06 Avq 2019 22:30:00 213 0

Qripp və soyuqdəymənin ilk simptomlarında.

Xalq təbabətində qripp və soyuqdəyməni müalicə etmək üçün bir çox reseptlər mövcuddur.

Son.az saglamolun.az-a istinadən tanınmış rusiyalı fitoterapevt, həyatını xalq təbabətinin öyrənilməsinə həsr etmiş P.Kurenkovun kitabından bir faydalı resept təqdim edir.

1 x.q. zəncəfil və 1 x.q. sarıkök tozu 100 qr balla yaxşı qarışdırılır. Soyuqdəymə və ya qrippin ilk simptomlarında bu qarışıqdan 1 ç.q. götürüb 1 stəkan ilıq suda həll edin və için. Bunu gün ərzində 3-4 dəfə edə bilərsiniz.

Sarıkök, zəncəfil və bal güclü virus, mikrob və iltihab əleyhinə təsirə malikdir. Bu qarışıq sağalmanı tezləşdirir, ağırlaşmaların riskini azaldır.