İtlər uzaqdan əmr ala biləcək


Digərləri 06 Avq 2019 22:10:00 262 0

İtlər uzaqdan əmr ala biləcək

Axtarış və xilasetmə itlərinin kilometrlərlə uzaq məsafədən belə əmr ala bilmələrini təmin edən ağıllı jilet hazırlandı.

İtlər danışılan sözlərdən və ya fitdən vizual ipuclarına qədər hər şeyi qəbul edə bilən və müxtəlif tapşırıqlar üçün öyrədilə bilən inanılmaz dərəcədə qabiliyyətli heyvanlardır. Ancaq itlərə lazımlı təlimatları verə bilmək üçün onların yanında olmaq lazımdır.

Araşdırmaçılar bu problemi ortadan qaldıra biləcək yeni bir baxışa imza atdı. İtlərə müxtəlif titrəşmələr yoluyla əmr verə bilmək üçün ağıllı bir jilet hazırlayan araşdırmaçılar, beləliklə kilometrlərlə uzaq məsafədən belə onlara əmr verə bilir.

İtlər üçün xüsusi olaraq yaradılan ağıllı jiletin üzərində 4 ədəd titrəşmə mühərriki var və bu mühərriklərin hər biri ayrı-ayrı idarə edilə bilir. Uzaqdan əmr vasitəsilə mühərriklərə müxtəlif siqnal növləri göndərilir və bu sayədə kilometrlərlə uzaq məsafədən itlərə əmr verilə bilir.