3 ekranlı smartfonun patenti təsdiqləndi


Digərləri 06 Avq 2019 22:15:00 244 0

3 ekranlı smartfonun patenti təsdiqləndi

Görünür, qatlana bilən ekranlara sahib smartfonlar Samsung şirkətinə bəs etmədi və buna görə də şirkət üç ekranlı smartfonun patentini əldə etdi.

Smartfon üç hissədən ibarət olacaq və hər bir hissə öz ekranı ilə təchiz olunacaq.

Smartfonun aşağı hissəsində metal materialdan hazırlanmış xüsusi hissə yerləşir və həmin hissə smartfonu elə şəkildə birləşdirir ki, üç ekran üst-üstə yerləşir. Smartfonun metal materialdan hazırlanmış həmin aşağı hissəsi dairəvi formadadır və onun üzərində hansısa fiziki düymə və ya kamera yoxdur. Samsung şirkətinin bu patent üzərində çalışacağını dəqiqliklə demək olmaz. Çünki sözügedən patent hələki nəzərdən keçirilir.

Lent.az "technote"a istinadən bu smartfonun eskizlərini və özünün hazırlamış render fotosunu təqdim edir.