Sofianı yaradan şirkət 11 il əvvəl İbn Sina robotu yaradıb


Digərləri 06 Avq 2019 21:45:00 299 0

Sofianı yaradan şirkət 11 il əvvəl İbn Sina robotu yaradıb

İnsan robot Sofianın rəftarları, bizlərə "dünyanı zəbt edən robotlar" ssenarisini bir dəfə daha xatırladır. Lakin məlub olub ki, Sofia həmin şirkət tərəfindən yaradılan ilk insan robot deyil. Sofianın sahibi Hanson Robotics, 2008-ci ildə İbn Sina adlı bir robot yaratmışdır.

Honqkonqun texnologiya şirkəti Hanson Robotics tərəfindən yaradılan və ilk olaraq 14 fevral 2016-cı ildə aktivləşdirilən insan robotu Sofia, 50-dən çox üz ifadəsini izhar etməklə uzun müddət gündəmdə qalmışdı.

Eyni şirkətin Sofiadan 8 il əvvəl yəni 2008-ci ildə yaratdığı robot İbn Sina isə, demək olar ki, pərdə arxasında qaldı. Ərəbcə danışan ilk robot İbn Sina, növünün tək nümunəsi idi.

Birləşmiş Ərəb Əmrlikləri Universitetində hazırlanan robot İbn Sinanın, izdihamlı alver mərkəzləri kimi məkanlarda insanlara kömək məqsədi ilə istifadə edilə biləcəyi düşünülürdü.

11-ci əsrin filosofu İbni Sinadan adını alan robotun üz tanımaq, klassik ərəbcə dialoq qurmaq, internetə bağlanmaq və internetdən məlumat almaq kimi xüsusiyyətləri var idi.