Saç tökülməsinə qarşı ən yaxşı maska


Digərləri 06 Avq 2019 21:30:00 245 0

Saç tökülməsinə qarşı ən yaxşı maska

Saç tökülməsi problemi dünyanı narahat edən ən qlobal məsələlərdəndir. Xüsusən də yeni ana olan xanımlar su kimi axan saçların nə olduğunu yaxşı bilirlər.

Bahalı vasitələr köməyinizə çatmır? O zaman soğanlı maskanı sınayın.

Son.az publika.az-a istinadən xəbər verir ki, soğanlı maska üçün 1 xörək qaşığı soğan suyu, 1 yumurtanın sarısı, 1 xörək qaşığı ayı pəncəsi yağını qarışdırıb saçlarınıza çəksəniz, möcüzə ilə rastlaşacaqsınız.

Bu maskanı cəmi 1 saat saçınızda saxlayın. Sonra şampunla yuyun. Bu prosedura həftədə iki dəfə təkrarlayın. 2 ay sonra möhtəşəm nəticənin şahidi olun.