Alzheimerin müalicəsini mümkün edə biləcək ixtira


Digərləri 06 Avq 2019 21:10:00 237 0

Alzheimerin müalicəsini mümkün edə biləcək ixtira

Beyində olan toksinlərin beyindən təmizlənməsi üçün əhəmiyyətli bir yol kəşf edildi. Bu kəşf eyni zamanda Alzheimer xəstəliyi kimi yaşa bağlı xəstəliklərin də qaynağını göstərmiş ola bilər.

Cənubi Koreyadakı Koreya Yüksək Elm və Texnologiya İnstitutundan Qou Yonq Koha görə, beyin onurğa iliyi mayesinin beynə haradan girib çıxdığı uzun müddətdir davam edən bir müəmma idi. 2014-cü ildə, xarici beyin pərdəsindəki "meningeal limfatik damarlar" adı verilən bir damar şəbəkəsinin, beyində yığıla biləcək çox zülalları axıdaraq, beynin mayelərini tənzimləmədə bir rol oynadığı tapıldı. Ancaq beynin kompleks quruluşu səbəbiylə, bu prossesin böyük hissəsinin reallaşdığı yer naməlumluğunu qorudu.

Mayenin hansı yollardan keçdiyini tapmaq üçün, Koh və həmkarları siçanların beyin onurğa iliyi mayelərinə boya və iz buraxan kvant nöqtələri əlavə etdilər. Daha sonra beyin axtarışlarını istifadə edərək mayenin hara axdığını izlədilər. Beləcə bazal meningeal limfatik damarların, beyin onurğa iliyi mayesinin kəllənin döşəməsində beynin içinə və xaricinə hərəkət etməsinə icazə verdiyini kəşf etdilər.

Bəzi araşdırmalar daha əvvəl toksinlərin yuxu əsnasında beyindən atıldığını irəli sürmüşdü, ancaq digər araşdırmalar bu dəlilləri qeyri-kafi tapdı.