İranlı deputat: RəştAstara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək


Digərləri 06 Avq 2019 21:16:00 242 0

İranlı deputat: RəştAstara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib.

H.Əfzəlinin sözlərinə görə, Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi çox əhəmiyyətlidir.

Əfzəli əlavə edib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi ilə bağlı investisiyasının yarısını təmin edəcək. Bu isə dəmiryolunun çəkilməsi prosesini daha da sürətləndirəcək: "Bu dəmiryolu Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsində və İranın iqtisadi inkişafında çox zəruridir. Bu istiqamətdə hökumət və parlament dəqiq proqram tənzimləməli və böyük investisiyanı nəzərdə tutmalıdır".