AZAL əməkdaşları təyyarədə


Digərləri 06 Avq 2019 21:17:00 273 0

AZAL əməkdaşları təyyarədə

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın "iPhone" markalı mobil telefon tapıblar.

Son.az xəbər verir ki, bu barədə Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.