İranlı deputat: Rəşt-Astara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək


Digərləri 06 Avq 2019 21:04:47 202 0

İranlı deputat: Rəşt-Astara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək. Trend-in məlumatına görə, bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib. H.Əfzəlinin sözlərinə görə, Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi çox əhəmiyyətlidir. Əfzəli əlavə edib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi ilə bağlı investisiyasının yarısını təmin edəcək. Bu isə dəmiryolunun çəkilməsi prosesini daha da sürətləndirəcək: “Bu dəmiryolu Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsində və İranın iqtisadi inkişafında çox zəruridir. Bu istiqamətdə hökumət və parlament dəqiq proqram tənzimləməli və böyük investisiyanı nəzərdə tutmalıdır”.