NASAnın skafandr problemi, 2024cü ildə Aya uçuşu təxirə sala bilər


Digərləri 06 Avq 2019 20:45:00 245 0

NASAnın skafandr problemi, 2024cü ildə Aya uçuşu təxirə sala bilər

NASA 2024-cü ildə 50 illik fasilədən sonra, "Artemis" adlı yeni bir Ay missiyasını planlaşdırır. Ancaq kosmos agentliyi, kosmonavtları qorumaq üçün hazırlanan skafandrlarla bağlı hələ bir qərara gəlməyib.

Missiyada ilk dəfə bir qadın kosmonavt Aya ayaq basacaq. Ancaq missiyanın reallaşmasına nisbətən məhdud bir zaman qalsa da NASA, missiyada istifadə ediləcək skafandrları müəyyən edə bilməyib. Kosmonavtlar bu anda hələ 70-ci illərdən qalan Apollo missiyasında istifadə edilən skafandrları istifadə edirlər.

Şimali Dakota Universitetində NASA tərəfindən maliyyəyə edilən bir skafandr layihəsinin mühəndislərindən və idarəçilərindən biri olan Pablo da Leon, NASA-nın bir skafandrının olmaması ilə bağlı qərarın ani bir şəkildə verilmiş olmasına bağladı: "Bir tərəfdə, 2024-cü ildə Aya uçuş missiyası, digər tərəfdə 1977-ci ildən bəri yeni bir skafandr hazırlamadığımız var".

Apollo missiyasının məsullarından bu yana hər hansı bir skafandrın hazırlanmaması göstərir ki, NASA-ın 2024-cü ilə qədər çox çalışmalıdır. Bəzi mütəxəssislərə görə isə, 2024-cü ilə qədər istənilən şeyləri verə biləcək bir skafandrın hazırlanması qeyri-mümkündür.