AZAL əməkdaşları təyyarədə 20-ə yaxın iPhone tapıb


Digərləri 06 Avq 2019 20:44:01 226 0

AZAL əməkdaşları təyyarədə 20-ə yaxın iPhone tapıb

Təyyarənin tualetində 20-ə yaxın “iPhone” markalı mobil telefon tapıblar.

Bakı. “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın “iPhone” markalı mobil telefon tapıblar. Bu barədə Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.