Kilosu 10 manata olan şirin kartof – Batat


Digərləri 06 Avq 2019 20:21:00 225 0

Kilosu 10 manata olan şirin kartof – Batat

Batat - şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir.

Son.az medicina.az-a istinadən bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçurdan şirin kartof insan sağlamlığı üçün əvəzsizdir.

Hazırda kiloqramı 10 manata olan batat  B, C, PP, A, kalsium, fosfor, askorbin turşusu, dəmir, tiamin ilə zəngindir.

Batatın faydaları:

-Tibdə onun nişastası mədə-bağırsaq yara xəstəliklərində yumşaldıcı, bərpaedici kimi istifadə olunur -Batat orqanizmi vitaminlə təmin edib, bədəni, immuniteti möhkəmləndirir

-Qadın hormonlarının alternativini özündə birləşdirdiyi üçün menstrual tsikl pozğunluğu, sonsuzluq, hormonal disbalans və klimakterik dövr üçün əvəzsizdir -Karbohidrat və kalsium ehtiyatına görə bütün kartof növlərii geridə qoyur. Ona görə uşaqlarda sümükləri bərkidir, sümük ağrıları, osteoporozda mütləq yeyiməlidir.

-Bu kartof antioksidant təsirlidir və sərbəst radikalları zərərsizləşdirib, iltihab və şiş xəstəliklərinin qarşısını alır -Mövsüm allergiyasının ağırlaşmalarına qarşı da faydalıdır