Ötən il 1500-dən çox cinayət ictimai yerlərdə törədilib


Digərləri 06 Avq 2019 20:03:26 191 0

Ötən il 1500-dən çox cinayət ictimai yerlərdə törədilib

Azərbaycanda 2018-ci ildə qeydə alınmış cinayətlərin 1525-i ictimai yerlərdə törədilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda 2018-ci ildə qeydə alınmış cinayətlərin 1525-i ictimai yerlərdə törədilib. Trend-in məlumatına görə, cinayətlərin 717-si küçə, meydan və parklarda olub. Ötən il ildə qeydə alınmış cinayətlərin 1422-si silahla olub ki, onun da 51-i odlu silahla edilib. Cinayətlərin 387-si sərxoş vəziyyətdə, 59-u narkotik vasitənin təsiri altında törədilib.