Azərbaycanda səhralaşma təhlükəsi var VİDEO FOTO


Digərləri 06 Avq 2019 19:01:00 253 0

Azərbaycanda səhralaşma təhlükəsi var  VİDEO  FOTO

Bütün dünyanı narahat edən qlobal problemlərdən biri olan səhralaşmanın Mil düzündə geniş əraziləri əhatə etməsi təhlükəsi var. 

Son.az xəbər verir ki, qafqazinfo-ya bu barədə məlumatı coğrafiyaşünas-tədqiqatçı və aparıcı Orxan Cabbarov verib.

O bildirib ki, bu mövzuda yazdığı disertasiya işinin çöl tədqiqatı zamanı ərazidə geniş yayılmış yarımsəhra landşaftların ekoloji şəraitinin dəyişməsi müşahidə edilib:

"AMEA-nın Coğrafiya institutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyov və həmin institutun şöbə müdiri Mirnuh İsmayılovla Mil düzünündə "Şirin Qum" təpələrində olduğumuz zaman burada yarımsəhra fonunda  səhra landşaftının xüsusiyyətlərini özündə əks etdirən qum təpələrində tədqiqat apardıq. Elmi ədəbiyyatlarda ölkəmizin ərazisində səhra landşaftının olmadığı və səhralaşma prosesinin axırıncı mərhələsinin müşahidə edilmədiyi bildirilsə də ərazinin mərkəzində dayandıqda insan özünü sanki səhrada təsəvvür edir. 


Xəbərə aid foto