Moskvanın Alabino poliqonunda Azərbaycan pavilyonu yaradılıb (FOTO)


Digərləri 06 Avq 2019 18:53:13 227 0

Moskvanın Alabino poliqonunda Azərbaycan pavilyonu yaradılıb (FOTO)

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycanın mədəniyyət nümunələrinə böyük maraq var.

Bakı. "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycanın mədəniyyət nümunələrinə böyük maraq var. Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə Azərbaycan pavilyonu yaradılıb. Sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid nümayiş olunan ekspozisiyalar yarış iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla izlənilir.