Xəzər sahilində tank əleyhinə minalar tapılıb (FOTO)


Digərləri 06 Avq 2019 18:36:11 230 0

Xəzər sahilində tank əleyhinə minalar tapılıb (FOTO)

Minaların ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 5 ədəd tank əleyhinə mina tapılıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 10:04-də Dövlət Sərhəd Xidmətindən Agentliyə daxil olna məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tank əleyhinə mina aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.