Ruhani: “İranla müharibə bütün savaşların anasıdır”


Dünya 06 Avq 2019 18:30:00 226 0

Ruhani: “İranla müharibə bütün savaşların anasıdır”

Rəsmi Tehran Vaşinqtonla danışıqlar aparmağa hazırdır. Lakin bunun üçün Ağ Ev administrasiyası İran üzərindəki sanksiyaları götürməlidir.

Son.az musavat.com-a istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

İranın dövlət başçısı savaş arzulayanlara xəbərdarlıq etməyi də unutmayıb: "İranla müharibə bütün savaşların, sülh isə bütün barışların anasıdır".

İran İslam Respublikasının prezidenti bundan başqa Ağ Evdəki quzğunları, İsraildəki sionist rejimini və Yaxın Şərqin mürtəce dövlətlərini "Şər üçbucağı" adlandıraraq, İranın atdığı hər addımın onlarda əsəb və hiddət yaratdığını bildirib.