Paytaxtın bu hissəsində sabah hərəkət bağlı olacaq


Digərləri 06 Avq 2019 18:01:00 218 0

Paytaxtın bu hissəsində sabah hərəkət bağlı olacaq

Təmir-tikinti işləri aparılır.

Bakı. Elçin Mehdiyev - Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.