335 abituriyent elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib


Digərləri 06 Avq 2019 17:50:28 192 0

335 abituriyent elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər ərizələrini təsdiq etməlidirlər

Bakı. İlhamə İsabalayeva - İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər ərizələrini təsdiq etməlidirlər Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayacaq və bu gün saat 23:59-da başa çatacaq. 6 avqust saat 17.30-a olan məlumata əsasən 57772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib. Abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.