Xanlarova adını qoyduğu nəvəsi ilə


Şou-biznes 06 Avq 2019 16:55:00 271 0

Xanlarova adını qoyduğu nəvəsi ilə

Əməkdar artist Mehriban Xanlarova adını daşıyan nəvəsinin fotosunu yayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa, eyni zamanda, nəvəsinin ad günü olduğunu vurğulayıb:

"Qanım, canım, həyatda dəvamçım olan Mehriban Xanlarova Aslan qızı - səni doğum günün münasibətilə, 10-cu yaşa qədəm qoyduğun üçün ürəkdən təbrik edirəm. Allahdan sənə can sağlığı, daim ailənlə, sevdiklərinlə xoşbəxt günlər arzulayıram. Sənə verilən ömür payının elə bir dövründəsən ki, buna çoxumuz yenidən qayıtmağın həsrətindəyik.

Sənə qayğısız, sağlam, atalı-analı bir ömür diləyirəm. Qoy uşaqlıq illərinin çöhrəndə yaratdığı bu təbəssüm, xoşbəxtlik səni bir ömür tərk etməsin. Yaşının bütün çağlarını bax beləcə, dərddən, kədərdən uzaq, firəvan keçirəsən".


Xəbərə aid foto