Aleksandr Səmədov klub rəhbəri oldu


İdman 06 Avq 2019 16:31:00 308 0

Aleksandr Səmədov klub rəhbəri oldu

Bir müddət əvvəl oyunçu karyerasını başa vurduğunu açıqlayan Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Olimp-in (Ximki) baş direktoru olacaq.

Goal.az xəbər verir ki, bu klub 2018-ci ildə yaradılıb və azərbaycanlı iş adamı Tufan Sadıqovun vəsaiti hesabına maliyyələşdirilir. İdman direktoru əvvəllər Lokomotiv-də oxşar mövqe tutan Kirill Kotov olacaq. Bu mövsüm klub PFL-i qazanmaq niyyətindədir.

Olimp hazırda Rusiya II Liqasında 11-ci pillədədir. Komanda 2 çempionat oyununu heç-heçə oynayıb və 1 məğlubiyyətlə üzləşib.