8 ay xəstəxanada yatan məşhur aparıcıdan MÜJDƏ


Digərləri 06 Avq 2019 15:44:00 278 0

8 ay xəstəxanada yatan məşhur aparıcıdan MÜJDƏ

Məşhur aparıcı Mehmet Əli Ərbil yenidən həkim müayinəsindən keçmək üçün xəstəxanaya gəlib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aparıcı xəstəxanada 15 dəqiqə qaldıqdan sonra evinə yola düşüb.

Çıxışda jurnalistlərin obyektivlərinə tuş gələn Erbil onlara müjdəli xəbər verib.

O, açıqlamasında uzun zamandan sonra, nəhayət ki, Qurban bayramında səhnəyə çıxacağını bildirib.

Xatırladaq ki, Mehmet Əli Ərbil evinin vanna otağında yıxıldıqdan sonra xəstəxanaya aparılıb və 8 ay orada müalicə alıb.