Juventus-dan Manchester City-yə


İdman 06 Avq 2019 15:48:00 252 0

Juventus-dan Manchester City-yə

Goal.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi bu gün İngiltərə təmsilçisində tibbi müayinədən keçəcək.

Manchester City-yə transfer olunacağı gözlənilən Juventus-un futbolçusu Joau Kanselu  İngiltərəyə gedib.

2 klub arasında razılığa əsasən, City-nin Kanselu üçün təklif etdiyi futbolçu Danilo isə Turinə yola düşüb. İngiltərə təmsilçisi Danilodan başqa, Juventus-a 28 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Konselonun Manchester City-də ilinə 4.5 milyon avro, Danilonun isə Juventus-da 3.5 milyon avro qazanacağı iddia olunur.