Van Deykdən ən bahalı müdafiəçiyə mesaj: "Qiymət sadəcə göstəricidir"


İdman 06 Avq 2019 15:29:00 257 0

Van Deykdən ən bahalı müdafiəçiyə mesaj: "Qiymət sadəcə göstəricidir"

Goal.az xəbər verir ki, hollandiyalı oyunçu “The Guardian” nəşrinə müsahibəsində bunları deyib: “İlk olaraq ona uğurlar arzulayıram. Mövcud vəziyyətdə mən nəsə deyə bilmərəm, zaman oyunçunun bu qiymətə layiq olub-olmadığını göstərəcək. Qiymət sadəcə göstəricidir. Çünki bu, transfer bazarıdır. Bundan əlavə transfer bazarında bu cür rəqəmlər oyunçu üzərində təzyiq yaradır. Amma İngiltərə Premyer Liqasında üstəlik top 5 klublardan olan Manchester United-də çıxış edirsənsə, bu təzyiqlərə hazır olmalısan”.

Liverpool-un müdafiəçisi Vircil Van Deyk transfer bazarında ən bahalı müdafiəçi olan Harri Maquayr haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, Harri Maquayr 80 milyon funt sterlinqə Leicester-dən “qırmızı şeytanlar”a transfer edilib. Bununla da o, ən bahalı müdafiəçi olub. Bu transferə qədər isə rekord 75 milyon funt sterliqlə Van Deykə məxsus idi.