Bu yollarda rənglənmə işləri aparılacaq


Digərləri 06 Avq 2019 15:19:00 274 0

Bu yollarda rənglənmə işləri aparılacaq

Daxili yollarda üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Elçin Mehdiyev - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.