Həm oynayacaq, həm də məşqçi işləyəcək


İdman 06 Avq 2019 14:31:00 249 0

Həm oynayacaq, həm də məşqçi işləyəcək

ABŞ-ın D.C. United klubunun futbolçusu Ueyn Runi karyerasını yenidən İngiltərədə davam etdirəcək.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Çempionşipdə çıxış edən Derby klubu ilə danışıq aparır. Onun Fillip Kokunun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacağı və oynayan məşqçi olacağı bildirilir.

Qeyd edək ki, ötən ilin mayında D.C. United-ə keçən Runinin klubu 2021-ci ilə qədər müqaviləsi var. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində vətənində Manchester United və Everton-nun formasını geyinib.