9 illik təhsil bazasından kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlanıb


Digərləri 06 Avq 2019 14:42:00 240 0

9 illik təhsil bazasından kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bakı. İlhamə İsabalayeva - Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 6-da saat 14:15-dən etibarən internet səhifəsində yerləşdirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat