Gözəlliyi ilə heyran edən model "TRANS" İMİŞ


Digərləri 06 Avq 2019 14:27:00 941 0

Gözəlliyi ilə heyran edən model "TRANS" İMİŞ

Gözəlliyi ilə adından söz etdirən brazilyalı model Valentina Sampaio "Victoria's Secret"in ilk transseksual modeli oldu.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Sampaionun bir zamanlar oğlan olduğunu eşidənlər məəttəl qalırlar.

"Victoria's Secret"in marka cavabdehi Ed Razek bir neçə ay öncə "trans"ların "Victoria's Secret"də yerinin olmadığı barədə verdiyi açıqlamadan sonra geri addım ataraq "trans" model Valentina Sampaionu "Victoria's Secret"in siması edib.

"Victoria's Secret"in ilk transseksual modeli olan Sampaio "Secret Pink" koleksiyası üçün Instagram-da səhnə arxası çəkilişlərindən paylaşım edib. Braziliyalı model paylaşımının üstünə "Xəyal qurmaqdan heç vaxt əl çəkmədim" qeydini əlavə edib.