BirKart millərini Türk Hava Yollarının millərinə dəyişmək mümkün oldu


Digərləri 06 Avq 2019 14:26:00 239 0

BirKart millərini Türk Hava Yollarının millərinə dəyişmək mümkün oldu

Kapital Bank-ın təqdim etdiyi BirKart Miles (BKM) kartında nağdsız ödənişlər edərkən yığılan milləri, Türk Hava Yollarının (THY) millərinə birə-bir dəyişmək mümkündür.

Bakı. Kapital Bank-ın təqdim etdiyi BirKart Miles (BKM) kartında nağdsız ödənişlər edərkən yığılan milləri, Türk Hava Yollarının (THY) millərinə birə-bir dəyişmək mümkündür. Bankdan Trend-ə verilən məlumata görə, əgər müştərinin həm BirKart Miles-da, həm də, Türk Hava Yollarının mil toplama proqramında milləri varsa, onları BirBank mobil tətbiqi vasitəsilə birləşdirib, sonra isə həmin millər vasitəsilə avia bilet ala bilər. Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.