Azərbaycan milli komandasının baş məşqçisi istefa verib


Digərləri 06 Avq 2019 14:17:33 234 0

Azərbaycan milli komandasının baş məşqçisi istefa verib

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.

Bakı. Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb. Azərbaycan Boks Federasiyasından Trend-ə bildiriblər ki, iclasda səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi mütəxəssisə yığma komandalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Artıq yeni baş məşqçi ilə danışıqlar başlayıb. Millini çalışdıracaq mütəxəssisin adı yaxın günlərdə açıqlanacaq.