Azərbaycanda kənd təsərrüfatı sahəsində əmsallar açıqlanacaq


Digərləri 06 Avq 2019 13:32:00 200 0

Azərbaycanda kənd təsərrüfatı sahəsində əmsallar açıqlanacaq

Subsidiyaların verilməsi zamanı müasir texnologiyalara əsaslanan yeni mexanizmlərin tətbiq olunmasının üç əsas məqsədi var

Bakı. Kəmalə Məmmədli - Subsidiyaların verilməsi zamanı müasir texnologiyalara əsaslanan yeni mexanizmlərin tətbiq olunmasının üç əsas məqsədi var. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, subsidiyaların verilməsi mexanizmində dəyişikliklərin əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və idxalın azalması, ikinci məqsəd kəndlərdə sosial vəziyyətin yaxşılaşması və məşğulluq probleminin həlli, üçüncü məqsəd isə ölkənin ixrac potensialının artırılmasıdır. M.Əliyev bildirib ki, yaxın zamanlarda fermerlərə subsidiyaların məbləğinin müəyyən edilməsi üçün yeni əmsallar təqdim olunacaq: