UEFA Qarabağ-a qarşı intizam işi açdı


İdman 06 Avq 2019 13:07:00 260 0

UEFA Qarabağ-a qarşı intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Qarabağ-a qarşı intizam işi açıb.

Goal.az xəbər verir ki, buna səbəb iyulun 31-də  Çempionlar Liqasının II təsnifat mərhələsinin Dundalk-la (İrlandiya) "Dalğa Arena"da keçirdiyi cavab matçının ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. Məsələyə avqustun 22-də baxılacaq.

Xatırladaq ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.