Mərkəzi Gömrük Hospitalının həkimi Nyu Yorkda konfransda “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda çıxış edib (FOTO)


Digərləri 06 Avq 2019 13:04:00 171 0

Mərkəzi Gömrük Hospitalının həkimi Nyu Yorkda konfransda “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda  çıxış edib (FOTO)

Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Bakı. Mərkəzi Gömrük Hospitalın ümumi cərrahı Dr. Aynur Səfiyeva 25-29 iyul 2019-cu il tarixlərində ABŞ-ın Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Hospitaldan Trend-ə verilən məlumata görə, konfransda dünyanın müxtəlif ölkələrindən yüksəkixtisaslı həkim və alim qadınlar maraqlı təqdimatlar və posterlərlə qatılıblar. Konfransda qadın sağlamlığı, qadınlarda yoğun və düz bağırsağ xəstəliklərinin rastgəlmə tezliyinin araşdırılması, piylənmənin qadınlarda göstərdiyi fəsadlar və çıxış yolları, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədilə HPV-nın mütləq şəkildə vaksinayası və qadın həkimlərinin hüquqlarının qorunması kimi mövzular geniş müzakirə olunub.