Ajax-da yeni kapitan
İdman 06 Avq 2019 12:53:00 237 0
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağ-ın potensial rəqibi olan Hollandiya təmsilçisi Ajax-ın yeni kapitanı müəyyənləşib.
Goal.az xəbər verir ki, əvvəlki kapitan Matteys de Liqt İtaliya Juventus-una keçdiyi üçün sarğı serbiyalı yarımmüdafiəçi Duşan Tadiçə verilib.
Qeyd edək ki, Qarabağ III təsnifat mərhələsində Kipr APOEL-ini keçəcəyi təqdirdə PAOK (Yunanıstan) – Ajax (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə: goal.az