Dünyanın ən bahalı müdafiəçi transferi


Digərləri 06 Avq 2019 12:58:25 199 0

Dünyanın ən bahalı müdafiəçi transferi

“Mançester Yunayted” uzun müddətdir danışıq apardığı Harri Maquayrın transferini reallaşdırıb.

Bakı. “Mançester Yunayted” uzun müddətdir danışıq apardığı Harri Maquayrın transferini reallaşdırıb. Trend-in məlumatına görə, “Qırmızı şeytanlar” "Lester"in müdafiəçisini 80 milyon funt-sterlinqə (təqribən 87 milyon avro) alıblar. Müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Qeyd edək ki, Maquayr dünyanın ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşüb. Buna qədər rekord "Liverpul"un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə "Southempton"dan 82 milyon avroya transfer etmişdi.