Zərif Azərbaycana gələcək


Siyasət 06 Avq 2019 12:43:00 229 0

Zərif Azərbaycana gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, nazirin ölkəyə səfəri çərçivəsində iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq.

Mətbuat katibi əlavə edib ki, İranın rəsmi şəxsləri həmçinin Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.

Səfərin dəqiq tarixi barədə məlumat yaxın zamanlarda veriləcək.