Manchester United daha bir supertransferə hazırlaşır


İdman 06 Avq 2019 12:18:00 258 0

Manchester United daha bir supertransferə hazırlaşır

Leicester-in müdafiəçisi Harri Maquayrı heyətinə qatan Manchester United daha bir supertransferə hazırlaşır.

Goal.az xəbər verir ki "qırmızı şeytanlar"ın növbəti hədəfi Tottenham-in yarımmüdafiəçisi Kristian Eriksendir.

Klub rəhbərliyi İngiltərədə "transfer pəncərəsi" bağlanmamış bu keçidi həll etməyə çalışır. Klub Premyer Liqada mövsümün startına qədər Erikseni təqdim etmək niyyətindədir.

Qeyd edək ki, 2013-cü ildən Tottenham-də çıxış edən Kristian Eriksen Real, AtleticoJuventus-un da maraq dairəsindədir.