Hikmət Hacıyev: Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atır, danışıqlar prosesini məhv edir


Digərləri 06 Avq 2019 12:08:00 74 0

Hikmət Hacıyev: Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atır, danışıqlar prosesini məhv edir

Ermənistan Baş nazirinin Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” deyə açıqlmasını qəti şəkildə rədd edirik.

Bakı. Ermənistan Baş nazirinin Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” deyə açıqlmasını qəti şəkildə rədd edirik. Trend-in məlumatına görə, bunu Ermənistan baş naziri N.Paşinyanın çıxışına dair Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib: "Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstələyir. Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcəkdir. Ermənistan Baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır". H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir: "Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir. Bu açıqlama ilə Ermənistan baş naziri həmçinin öz-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır. Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ildə inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir". Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir: "Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Abituriyentlərə vacib xəbərdarlıq: like
  • 06 Avq 12:04  
Digərləri Abituriyentlərə vacib xəbərdarlıq:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün

arrow Ətraflı
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək like
  • 06 Avq 12:03  
Digərləri İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər ed

arrow Ətraflı
AQTA və Baş prokurorluq Qəbələdəki zəhərlənmə barədə birgə MƏLUMAT yaydı: like
  • 06 Avq 11:59  
Digərləri AQTA və Baş prokurorluq Qəbələdəki zəhərlənmə barədə birgə MƏLUMAT yaydı:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Proku

arrow Ətraflı
Azərbaycanlı aparıcının dənizdə batan oğlu komadan ayıldı like
  • 06 Avq 11:53  
Digərləri Azərbaycanlı aparıcının dənizdə batan oğlu komadan ayıldı

"Xəzər" TV-nin aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhl

arrow Ətraflı
Tanınmış aktrisanın 20 yaşlı qızını görənlər like
  • 06 Avq 11:48  
Digərləri Tanınmış aktrisanın 20 yaşlı qızını görənlər

Türkiyli aktrisa Esra Dermancıoğlunın gözlərdən uzaq büyütdüyü qız

arrow Ətraflı
Qəbələdə zəhərlənənlərin sayı 89 nəfərə çatdı like
  • 06 Avq 11:44  
Digərləri Qəbələdə zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zə

arrow Ətraflı
Çavuşoğlu: Bakı-Tbilisi-Qars Asiya üçün “Avropaya pəncərə”dir like
  • 06 Avq 11:33  
Digərləri Çavuşoğlu: Bakı-Tbilisi-Qars Asiya üçün “Avropaya pəncərə”dir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Asiya üçün “Avropaya pəncərə”dir

arrow Ətraflı
Bakı meriyasından sərt açıqlama: "Bir vaxt səbr kasası daşa bilər"  FOTO like
  • 06 Avq 11:31  
Digərləri Bakı meriyasından sərt açıqlama: "Bir vaxt səbr kasası daşa bilər" FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhərin mərkəzində yerləşən

arrow Ətraflı
Aİİ-nin tələbələri professor Vejdi Bilginin mühazirəsini dinləyib (FOTO) like
  • 06 Avq 11:27  
Digərləri Aİİ-nin tələbələri professor Vejdi Bilginin mühazirəsini dinləyib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa

arrow Ətraflı
Azərbaycanlı gənc reper yeni klipini təqdim etdi  VİDEO like
  • 06 Avq 11:26  
Şou-biznes Azərbaycanlı gənc reper yeni klipini təqdim etdi VİDEO

Azərbaycanlı gənc reper Eddie Bueno yeni klipini dinləyicilərə təqdim edi

arrow Ətraflı
Son xəbərdarlıq: Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır like
  • 06 Avq 11:20  
Digərləri Son xəbərdarlıq: Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün

arrow Ətraflı
“Nələr arzulamışdım, nələr qazandım...” like
  • 06 Avq 11:15  
Şou-biznes “Nələr arzulamışdım, nələr qazandım...”

Əməkdar artist Fərqanə Qasımova bu gün 40 yaşını qeyd edir.

arrow Ətraflı