Bakı meriyasından sərt açıqlama: "Bir vaxt səbr kasası daşa bilər" FOTO


Digərləri 06 Avq 2019 11:31:00 229 0

Bakı meriyasından sərt açıqlama: "Bir vaxt səbr kasası daşa bilər"  FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhərin mərkəzində yerləşən qəzalı binadan sakinlərin çıxmaqdan imtina etməsi məsələsinə aydınlıq gətirib.

Son.az xəbər verir ki, BŞİH-nin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Trend-ə bildirib ki, Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər.

"Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bina hələ 1989-cu ildə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi. Həmin il sakinlərin oradan köçürülməsinə başlanılaraq binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz döğma yurdlarını tərk etmiş məcburi köçkünlər tətəfindən zəbt edilmişdir. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınmışdır.

Keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşmış, bina yaşayış üçün tam yararsız vəziyyətə düşmüş və burada hər an uçma təhlükəsi yaranmışdır. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır".

İ.Kərimov vurğulayıb ki, hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub:

"Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanmış və praktiki olaraq buna nail olunmuşdur. 43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçmüşlər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina etmiş, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kompaniya təşkil etməyə cəhdlər də etmişlər.

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilmışdir.

Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışmışdır. Həmçinin bu zaman bildirilmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.